İlham Əliyevin hədiyyəsi olan Qarabağ atı Kraliça II Yelizavetaya təqdim olunub

 İlham Əliyevin hədiyyəsi olan Qarabağ atı Kraliça II Yelizavetaya təqdim olunub

12-15 may 2022-ci il tarixlərində Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

"Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

 


16:31 - 16 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin