Daxili İşlər Nazirliyi Qarabağ Dirçəliş Fonduna ianə edib
İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 AZN (iki yüz min) məbləğində ianə edilib.
Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Daxili İşlər Nazirliyinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edir.