Şəhidin nişanlısının son mesajları - “Tək qoyan deyiləm onu”

 Şəhidin nişanlısının son mesajları - “Tək qoyan deyiləm onu”

Qarabağda bir neçə gün öncə şəhid olan hərbçimiz Mustafayev Vəli Ceyhun oğlunun nişanlısı  faciəvi şəkildə həlak olub.

Mediafax-ın əldə etdiyi məlumata görə, nişanlısının şəhid olması xəbərinə dözə bilməyən qız canına qəsd edib.

Vəfatından sonra onun "vatsap" mesajı üzə çıxıb. Şəhid nişanlısının bacısına ünvanlandığı ehtimal edilən mesajda belə yazılıb: "Anana de, gəlinin də gedir oğlunun yanına. Tək qoyan deyiləm onu. Mən ancaq belə qurtula bilərəm".

Məlumata görə, o, sabah nişanlısının yanında dəfn olunacaq.

Qeyd edək ki, şəhid Vəli Mustafayev Ağstafa rayonu, Qarahəsənli kənd qəbiristanlığında torpağa tapşırılıb.




 

10:36 - 25 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin