Mehdiabadda aliment borcuna görə keçmiş qayın yeznəsini qətlə yetirdi - TƏFƏRRÜAT

 Mehdiabadda aliment borcuna görə keçmiş qayın yeznəsini qətlə yetirdi - TƏFƏRRÜAT

Abşeron rayonu Mehdiabad qəsəbəsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Asayis.Az xəbər verir ki, cinayət işi  baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşad Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İttihama görə, bu ilin iyunun 10-da saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.

Məlum olub ki, Sultan Əliyevin bacısı Hüseyn Qasımovun həyat yoldaşı olub. Sonradan onlar ayrılıblar. Bundan sonra Hüseyn aliment ödəməyib. Qanlı olay da bundan sonra yaranıb.

Hüseyn Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham elan olunub.

Demokrat.az

10:30 - 22 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin