Kadırov Ərdoğana MÜRACİƏT ETDİ: "Onlar qatil və Allahsızdırlar" - FOTO

 Kadırov Ərdoğana MÜRACİƏT ETDİ:

“Azovu xilas etməyin, onlar qatil və ateistdir”.

Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə Prezidenti R.T.Ərdoğana müraciət edərək Azovstal ərazisindən hərbçilərin təxliyəsinə şərait yaratmamağa çağırıb.  O, bu barədə Teleqram kanalında paylaşım edib.

“Rusiya müsəlmanları müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya Bayraktar pilotsuz uçan aparatlarının tədarükü ilə bağlı xəbərdən kədərləndilərsə, təsəvvür edin ki, Türkiyə İslamın alovlu əleyhdarlarını və müxaliflərini evakuasiya etməyə hazırdır mesajını necə kəskin qəbul etdilər?”, – Kadırov qeyd edib.

O, Azov batalyonunu qatil və Allahsız adlandırıb.

“Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: Azov – qatillər və Allahsızlardan ibarətdir, indi onları Rusiya təcavüzünün günahsız qurbanları kimi sizə təqdim etmək istəyirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarların aldanmasına imkan verməyin”, – deyə Kadırov bildirib.


23:14 - 15 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin