2023-cü il ərzində 6 yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Asayis.az trend-ə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Bu məktəbəqədər təhsil müəssisələri Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 100 yerlik 13 və 14 nömrəli uşaq bağçası, Laçın rayonunda 140 yerlik 6 nömrəli körpələr evi-uşaq bağçası, Ağalı kəndində 60 yerlik uşaq bağçası, Talış kəndində 15 yerlik uşaq bağçası, İsmayıllı şəhərində 100 yerlik 4 nömrəli uşaq bağçası və Ağsu rayonu Növcü kəndində 60 nəfərlik uşaq bağçasıdır.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin tikinti və təmiri istiqamətində tədbirlər davam etdirilir.