“Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni münsiflər heyətindən çıxarıb.
Bu barədə yarışmanın rəsmi saytında qeyd olunub.
Siyahıda Azərbaycanla yanaşı, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marino yer alıb.
Qeyd olunub ki, buna münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini çıxarıb.