Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

 Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Asayis.Az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, H.Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.

H.Paşayevi bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edib.

Pravda.az

13:12 - 21 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin