Vətəndaş müharibəsinin davam etdiyi Sudanda son 5 ayda 5 yaşdan kiçik 1200-dən çox uşaq həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi (UNHCR) məlumat yayıb.
Bildirilib ki, azyaşlıların ölümünə səbəb qızılca və qida çatışmazlığı ilə bağlı yaşanan problemlər olub.
Uşaq ölümləri mayın 15-dən sentyabrın 14-dək baş verib və BMT-nin bölgədəki qrupları tərəfindən sənədləşdirilib.
Qeyd edək ki, ölkədə Sudan ordusu ilə Hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında toqquşmalar yaşanır.
Münaqişələr paytaxt Xartumu, eləcə də digər şəhərləri döyüş meydanına çevirib.