Ət idxalı artıb - Qiymət ucuzlaşacaq?

 Ət idxalı artıb - Qiymət ucuzlaşacaq?

Bu ilin yanvar – avqust ayları ərzində Azərbaycan  52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 2,2%, məbləğ baxımından isə 16% çoxdur. Cari ilin yanvar-avqust aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib.  

Asayis.Az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, idxalın artması bahalaşmanın qarşısını ala bilməz:



“İdxalın artması daha çox yerli istehsalın tələbatı ödəyə bilməməsinin göstəricisidir. Bu səbəbdən idxal artırsa, qiymətin ucuzlaşmasından söhbət gedə bilməz. Heç bir halda ət və ət məhsullarının qiymətinin enməsi gözlənilən deyil. Bahalaşma sürətlə gedir, bu dinamikanın yavaşlanmasına nail olunarsa, özü böyük bir uğurdur, nəinki ucuzlaşma gözləmək”.

 

11:24 - 19 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin