Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Hadisə Məmməd Araz küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
Avtobus sürücüsü bildirib ki, işıqforun yaşıl işığından keçən zaman qəfil piyada onun qarşıslnda çıxıb. Buna görə də sürücü idarəetməsində olan avtobusla piyadanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.