Astarada sel körpüləri apardı - Kəndlərlə əlaqə kəsildi

 Astarada sel körpüləri apardı - Kəndlərlə əlaqə kəsildi

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

Asayis.Az-ın məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.

APA

13:36 - 18 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin