Heydər Əliyev Beynəlxalq Aeroportunun dayanacağında qiymətlər qaldırılıb.
Asayis.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, avtomobil 24 saat dayanacaqda qalırsa 5 manat, növbəti günlər ərzində isə günlük 15 manat ödənilməlidir. Məlumat üçün bildirək ki, dayanacaqda standart qiymət bir gün üçün 5 manat olub.
Sosial şəbəkədə AZAL-ın yeni rəhbərliyinin bu addımı etirazla qarşılanıb. İstifadəçilər qərarı tənqid ediblər.
Yenisabah.az