Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımov Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin olunub.
Asayis.Az-ın məlumatına görə, onun qurumda mühüm şöbələrdən birinə rəhbərlik edəcəyi bildirilir.
Qeyd edək ki, Vüqar Qasımovun Penitensiar Xidmətin yeni rəisi Mirsaleh Seyidovla yaxın dostluq münasibətləri mövcuddur.
Vüqar Qasımov bir neçə il bundan əvvəl Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəsissəsində əməliyyat-rejim şöbəsinə rəhbərlik edib. Sonra naməlum səbəblərə görə həmin xidmətdən uzaqlaşaraq, İcra və probabsiya strukturunda müxtəlif vəzifələrdə çalışıb.
Maraqlıdır ki, Vüqar Qasımovun təyinatı ilə bağlı Penitensiar Xidmət heç bir açıqlama verməyib. Qeyri iş günü olduğu üçün bu təyinatla bağlı qurumun münasibətini öyrənə bilmədik.
Vüqar Qasımov isə zənglərimizə cavab vermədi.
Xatırladaq ki, Vüqar Qasımov Bakının Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun kiçik qardaşıdır.
Demokrat.az