Sumqayıtda yeraltı kabelin partlaması nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda, Babək küçəsində qeydə alınıb.
Əraziyə FHN-in və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar.
Partlayışın səbəbləri araşdırılır.