Naxçıvanda Olimpiya İdman Kompleksinin direktoru işdən azad olundu

 Naxçıvanda Olimpiya İdman Kompleksinin direktoru işdən azad olundu

Naxçıvan şəhəri, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.

Asayis.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb.

Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən azad olunub.

Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə edilib.//Report

 

16:00 - 17 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin