"Kişilərə qarşı psixoloji şiddət var" - Artan boşanmaların görünməyən SƏBƏBLƏRİ

Dövlət Statistika Komitəsi bildirib ki, bu ilin yanvar – iyul aylarında ötən ilin anoloji dövrü ilə müqayisədə ölkədə nikahların sayı azalıb, boşanmalar artıb. Bəzən bir-birini sevib, ailə quran cütlüklərin ciddi bir səbəb olmadan boşanmaq istədiyini görürük. Bunun altında yatan psixoloji səbəblərə klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:

"Bir neçə il öncə boşanmaların sayının artacağı ilə bağlı proqnoz verirdik. Ailələrdə qadınlara, uşaqlara qarşı psixoloji şiddət göstərilir, hətta kişilərə qarşı. Ailə qurmanın, övlad dünyaya gətirməyin mahiyyətini düzgün anlamırıq.



Sevib, ailə quran cütlüklər deyirik. Həqiqətənmi həmin ailələr sevgi üzərində qurulur?! Bu gün gənclər ictimai mühitdə kiçik dövlət deyilən ailənin necə qurulmalı olduğundan xəbərdardırlarmı, məsuliyyət hissini dərk edirlərmi?! Həmin gənclərin valideynləri də bundan xəbərsizdir. Sanki bir öhdəlik var, müəyyən yaşa çatmış gənclər ailə qurmalıdır. Boşanmaların artması bizi sevindirmir. Bir mütəxəssis olaraq boşanmaların əleyhinəyəm. Fiziki şiddət olmasa belə, bir ailədə psixoloji şiddət varsa, o ailəyə cəmiyyətin sağlam hissəsi kimi baxa bilmərik. Müalicə üsulları nə qədər sərt olsa da tətbiq edilməlidir".
 

15:36 - 15 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin