Qida Təhlükəsizliyi Agentliyi təhsil müəssisələrində bufetlərin fəaliyyətinə nəzarət edəcək.
Qurumun sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib ki, keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq.
Asayis.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, məktəb bufetlərinin fəaliyyətinə nəzarət əhəmiyyətli məsələdir:
"Bu gün məktəb bufetlərində standartlara uyğun olmayan malların satışı həyata keçirilir, xüsusən də qazlı içkilərin. Rayonlarda daha çox rast gəlinir belə hallara" .
Ekspertin sözlərinə görə, AQTA işinin öhdəsindən lazımınca gələ bilmir:
"Qida Təhlükəsizliyi Agentliyi çoxdan nəzəri məsələlərdən praktiki məsələlərə keçməli idi. Qida zəncirinin izlənməsini həyata keçirmək istəyirlər, lakin hələ bundan çox uzaqdırlar. Küçədə qanunsuz kəsimlər yığışdırılmayıb, antisanitar bufetlər, istirahət mərkəzləri öz işindədir.
AQTA-nın təşəbbüsü ilə Azərbaycanda qida təhlükəsizliyinin təminatı mövzusunda beynəlxalq konqres keçirilir. Təəssüf ki, qida sahəsində ictimai rəy formalaşdıran insanların heç biri ora çağırılmayıb. Azərbaycan ÜST-ün uzumömürlülər siyahısında 190 ölkə arasında 120-ci yerdədir. Dahi Hippokrat demiş, "nə yeyiriksə, oyuq".
Qoşqar Təhməzli bir dəfə getsin 8-ci kilometr bazarında toyuq məhsulları satılan yerlərə baxsın. Oradan daim şikayətlər gəlir mənə".