DYP Xətaidə məktəblərin qarşısında bu işləri gördü - VİDEO/FOTO

 DYP Xətaidə məktəblərin qarşısında bu işləri gördü - VİDEO/FOTO
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, o cümlədən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhsil ocaqlarının yaxınlığında monitorinqlər aparır. Yol nişanları, piyada keçidləri təhlil olunur.

Xətai rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində analoji tədbirlər həyata keçirib. Belə ki, 95 saylı orta məktəb və Humanitar məktəb-liseyin qarşısında piyada keçidlərinin yararsız vəziyyətə düşdüyü aşkarlanıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və  Xətai DYPŞ-nin əməkdaşları müvafiq tədbirlər həyata keçirib. Nəticədə yol nişanları tənzimlənib, piyada keçidlərində xətləmə işləri aparılıb. 

Qeyd edək ki, bu cür tədbirlərin mahiyyəti məktəblilərin təhlükəsiz şəkildə yolu keçməsini təmin etmək, o cümlədən məktəblərin ətrafında profilaktiki işlər aparmaqdır. 

Xatırladaq ki, tədbirlər digər ərazilərdə də davam etdiriləcək. (Avtosfer.az)
 









 

15:00 - 15 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin