19 yaşlı arvadını bıçaqlayan şəxs saxlanıldı

 19 yaşlı arvadını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verdiyimiz kimi, ötən gün Qobu qəsəbəsində 19 yaşlı  A.Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətindən Asayis.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb:

“Hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcəkdir”.

10:24 - 15 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin