Sədərəkdə icra başçısına yeni müavin təyin edildi

 Sədərəkdə icra başçısına yeni müavin təyin edildi

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Asayis.Az
 Report-a istinadla xəbər verir ki, o, eyni zamanda müvəqqəti olaraq icra başçısının səlahiyyətlərini icra edəcək.

Naim Etibar oğlu Cahidzadə 1989-cu il avqustun 18-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

17:12 - 14 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin