Elgün Həsənov torpağa tapşırıldı - FOTOLAR

 Elgün Həsənov torpağa tapşırıldı - FOTOLAR

Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak olan hərbçi Elgün Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

Asayis.Az xəbər verir ki, hazırda E.Həsənovun evində onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar. Onlara şəhid statusu veriləcək. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

***

Elgün Həsənov dəfn edilib.

O, Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb.

 













13:53 - 14 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin