Göyçayda məskunlaşan əslən Şuşadan olan məcburi köçkün ailəsi qanunsuzluqla üz-üzədir. Məsələni araşdırmaq üçün şikayətçi Amil Hüseynovla əlaqə saxladıq.
O, Demokrat.az-a açıqlamasında dedi ki, ailəsi 1993-cü ildən Göyçayda məskunlaşıb:
“Atam keçən ayın 6-sı bu məsələyə görə ürəktutmasından rəhmətə getdi. Göyçayda “Seyidlər market”in sahibi Məstanov Fazil qanunsuz olaraq Ucar Reyestr Xidmətilə əlbir olub, istifadəmizdə olan torpağı alıb.
2015-ci ildən məhkəmələrdəyik. Göyçay Rayon Məhkəməsində işə baxıldı, daha sonra Şəki Appelyasiya Məhkəməsinə müraciət etdik. Lehimizə qərar çıxarıldı ki, iş dayandırılsın.
2022-ci ildə Göyçay Rayon Məhkəməsi təkrar qərar çıxardı ki, oraya hasar çəkilsin. Bizə məktub göndərdilər ki, guya Şəki Appelyasiya Məhkəməsinə düzgün müraciət olunmayıb. Göyçay İcra Hakimiyyətinin əməkdaşı Hikmət adlı şəxs və Ucar Reystr Xidməti traktorla əraziyə yaxınlaşıblar.
Hazırda hadisə yerinə gedirəm. Problemlə bağlı aidiyyəti qurumlara müraciət etmişik”.