Tahir Kərimli Surət Hüseynovun məzarı barədə - “Öz işləridir”

 Tahir Kərimli Surət Hüseynovun məzarı barədə - “Öz işləridir”

Surət Hüseynovun məzardaşına yazılan sözlər geniş müzakirəyə səbəb olub. Məzardaşının üzərinə “Azərbaycanın Milli Qəhrəmanı” ilə bərabər, epiqraf kimi “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!” sözləri də həkk olunub. 

Asayis.Az
 Pravda.az-a istinadla xəbər verir ki, deputat Tahir Kərimli Surət Hüseynovu təmsil olunduğu hakimiyyətə son verən böyük vasitə adlandırıb. 

“Mən onun haqqında əslində, yaxşı danışmamalıyam. Ancaq bir şey var, bu adam rəhmətə gedib. Azərbaycanda belə bir qanun yoxdur ki, qəbrin başdaşı üzərində bu sözü yazasan, başqa sözü yox. Bu, məzardaşını qoyanların öz işləridir. Surət Hüseynovun başdaşında yalan ifadələr də yoxdur. O, Milli Məhrəman, millət vəkili, baş nazir olub, bunlar da məzardaşına yazılıb.

Düzdür, onu sevməyənlər həqiqətən də çoxdur. Axı sevənlər də olub. Yazıb də, yazmağa ixtiyarı var. Hərə başdaşının üzərinə o qədər sözlər yazır ki. Heç millətin onlardan xəbəri yoxdur. Bu adam Azərbaycan Respublikasının rəsmi Milli Qəhrəmanıdır, adı da əlindən alınmayıb. Belə olan təqdirdə, başdaşına bu sözlərin yazılmasını anlayışla qarşılamalıyıq. Axırda da yazılıb ki, Allah Azərbaycanımızı qorusun. Bu, o deməkdir ki, Vətənin oğlu kimliyindən asılı olmayaraq Azərbaycana dua edirsə, Azərbaycanın varlığı üçün edir, bu da başdaşına həkk olunur. Düşünürəm, bu məsələyə səbirli yanaşmalıyıq, başdaşı qıcıq doğurmamalıdır”.
 

13:24 - 13 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin