"Yaxın gələcəkdə ölkəyə turist axını artacaq " - AÇIQLAMA

Azərbaycana uçuşlar həyata keçirən aşağı büdcəli aviaşirkətlərin sayı 15-ə çatıb. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatına görə bu ilin birinci yarısında Bakı hava limanına uçuşlar həyata keçirən aviaşirkətlərin sırasına “RedWings”, “WizzAir Malta”, “Flyadeal” və “Air Cairo” əlavə olunub. Artıq Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma və digər müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür. 


Asayis.Az xəbər verir ki, turizm eksperti Əziz Şiriyev açıqlamasında deyib ki, aşağı büdcəli uçuşların sayının artması ölkə turizmini inkişaf etdirir:



“Hər ölkənin əsas hava yolları ilə yanaşı aşağıbüdcəli aviaşirkətləri də var. Hər kəsin imkanı çatmır əsas hava yollarından istifadə etməyə. Aşağıbüdcəli şirkətlərin olması müsbət haldır. Xeyli sayda insanın digər ölkələrə səyahət etməsi üçün önəmlidir. Azərbaycana uçuşlar həyata keçirən aşağıbüdcəli şirkətlərin sayının artması yaxın gələcəkdə ölkəmizdə xeyli sayda turist axınına və iqtisadi inkişafa səbəb olacaq”.

Demokrat.az

15:00 - 12 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin