Əməkdar jurnalist Azər Həstərin evində yanğın olub.
Bu barədə jurnalist öz sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, hadisə Xaçmazın Dədəli kəndində baş verib.
Yanğın zamanı ikimərtəbəli evin birinci mərtəbəsi əşyaları ilə birgə məhv olub. Hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olduğu deyilir.