Son 2 günə 2 qadın bıçaqlanıb.
Mayın 4-də Bakıda, Xətai rayonu General Şıxlınski 1-a ünvanında 1991-ci il təvəllüdlü Nadirova Jaləni həyat yoldaşı Heydər Nadirov bıçaqlayıb. Qarın nahiyyəsindən bir bıçaq zərbəsi alan qadın xəstəxanaya çatdırılıb. Qadın bildirib ki, o, şiddətə məruz qaldığı üçün ərindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. O, əri ilə boşanmaq barədə qərar qəbul etdikdən sonra evdən ayrılıb və kirayə qalıb. Buna baxmayaraq, həyat yoldaşı onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib.
Sumqayıtda, Novxanı bağları adlanan ərazidə 1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb. Məlumata görə, tərəflər boşanma ilə bağlı məhkəmədə iddia qaldırmışdı.