Qalmaqallı mətbuat katibinə yeni vəzifə verildi

 Qalmaqallı mətbuat katibinə yeni vəzifə verildi

Ləğv edilmiş BNA-nın sabiq mətbuat katibi Mais Ağayevin yeni iş yeri müəyyənləşib.

O, fəaliyyətini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində davam etdirəcək.

Belə ki, Mais Ağayev AYNA-nın Vətəndaşlarla iş və çağrı mərkəzinin rəhbəri təyin edilib. Onu da qeyd edək ki, M.Ağayevin mətbuat işçiləri ilə münasibəti yaxşı olsa da, bir çox hallarda sosial şəbəkələrdə avtobuslarla bağlı problemlərin çox qabardılmasına əksər zamanlar dösümsüzlük nümayiş etdirib. Bir çox hallarda yazılan tənqidi rəy və statuslara aqressiv cavabları ilə gündəmə gəlib.

 

 

16:15 - 9 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin