Bakı sakinində odlu silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ümid qəsəbə sakini X.Verdiyevdən “AKM” markalı avtomat silahı, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilərək götürülüb.