İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

 İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

İmişlidə yol qəzası baş verib. 

Hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobusun "Mercedes" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində Beyləqan sakinləri, 1994-cü il Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalağayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.


11:44 - 7 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin