“Bizimlə 100 dəfə müharibə etsələr, 100-ündə də məğlub olacaqlar” - Deputat

 “Bizimlə 100 dəfə müharibə etsələr, 100-ündə də məğlub olacaqlar” - Deputat

Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev Qarabağdakı son vəziyyət, yenidənqurma işləri və digər mövzularla bağlı müsahibə verib. 

Asayis.Az 
həmin müsahibəni təqdim edir:

- Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətinə baxmayaraq, İrəvan hələ də Azərbaycana qarşı təxribatlarından əl çəkmir. Necə düşünürsünüz, bu məsələnin yenidən hərbi yolla həlli varmı?

- Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmizdən sonra Ermənistana sülh təklif etdik. Ancaq Ermənistan hakimiyyəti hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınır. Əlbəttə, bu, bölgədə sülhə əngəl yaradır. Ermənistanda anlamalıdırlar ki, bizimlə 100 dəfə müharibə etsələr, 100-ündə də məğlub olacaqlar. Azərbaycan yerdə qalan Qarabağ separatçılarını da tərksilah edib bölgəmizin tamamına nəzarəti təmin edəcək. Buna heç kim şübhə etməsin.

- Qarabağda yenidənqurma işlərini necə qiymətləndirirsiniz?

- Möhtəşəm. İşğaldan azad olunan Laçını bir ildən də az vaxt ərzində gözəllik və yaşıllıq guşəsinə çevirdik, modern üslubda tikilən evlər sakinlərinə yiyələnir. İnsanların 30 illik doğma yurd həsrətinə son qoyuldu, yeni və yaraşıqlı evlərinə köçdülər. İnşallah, yaxın müddətdə mədəniyyət paytaxtımız Şuşaya da köç başlayacaq. Azərbaycanın gözəl guşələrindən biri olan Kəlbəcərdə də tikinti işləri sürətlənəcək. Qarabağa çəkilən yollar, inşa edilən tunellər, yeni hava limanları sənət əsərləridir. Cənab Prezident Qarabağa köçən insanların iş yerləriylə təmin olmalarını da diqqət mərkəzində saxlayır. Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Qarabağda sənaye və kənd təsərrüfatı mərkəzlərinin açılışlarında da iştirak edir, insanların rifahını ön planda tuturlar. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağda mədəniyyət ocaqlarının, məscidlərin, tarixi komplekslərinin bərpasında başlıca rol oynaması da cəmiyyətimiz tərəfindən məmnuniyyətlə qarşılanır. 

- Hiss olunur ki, başqa ölkələr də Qarabağın yenidən qurulmasına maraq göstərməyə başlayıblar.

- Bu da Cənab Prezidentin uğurlu xarici siyasətini şərtləndirən əsas amillərdəndir. Misal üçün, Cənab Prezident İlham Əliyev və Milli Məclis sədri Sahibə Qafarova sentyabrın 5-də Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları qəbul etdilər. Qonaq bildirdi ki, Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək. Eyni gündə İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksander Hoffet İsveçrənin Milli Gününə həsr olunmuş mərasimdə bildirdi ki, İsveçrə şirkətləri azad olunmuş ərazilərdəki yenidənqurma prosesində iştirak etmək istəyir. Slovakiya və İsveçrə, iki Avropa dövləti azad olunmuş torpaqlarda çalışmaq istəyir, ardı gələcək. Daha əvvəl Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə qardaş dövlətin Füzulidə məktəb binasının açılışı oldu. Türkiyənin tikinti şirkətləri də Qarabağda fəaliyyətlərini davam etdirirlər. İsrail və Avropa ölkələri də Qarabağın yenidən qurulmasında pay sahibi olmağa çalışırlar. Bu, Ermənistanın anti-Azərbaycan siyasətini neytraralşdırmaq baxımından vacibdir.

- Prezidentin və birinci vitse-prezidentin fəaliyyəti yüksək qiymətləndirilərkən, ölkə müxalifətinin susqunluğunu necə qiymətləndirirsiniz?

- Özlərini müxalifət liderləri adlandıranların bir qismi 1990-cı illərində əvvəllərində hakimiyyətdə təmsil olunmuşdular və torpaqlarımızın işğalının qarşısını ala bilmədilər. Onların edə bilmədiyini cənab Prezident uğurluq siyasəti nəticəsində səbirlə həyata keçirdi, Qarabağı və xalqın inamını özünə qaytardı. Millət vəkili olaraq İkinci Qarabağ müharibəsindən sonra iştirak etdiyim beynəlxalq toplantılarda uca səslə işğala son qoyduğmuzu fəxrlə deyirəm. Ali Baş Komandanımız və müzəffər ordumuz başımızı uca etdilər. Digər millət vəkili həmkarlarım da erməni təbliğatına qarşı ön sıralardadır. Arqumentlərimiz güclü və əsaslıdır.  44 günlük müharibə dövründə də millət vəkilləri düşmənlə mübarizənin ön planındaydılar. O ki qaldı, radikal müxalifətə, Cənab Prezident bir dəfə müxalifəti nəzərdə tutaraq demişdi ki, qoy həyata keçirdiyimiz uğurları görsünlər və sürətli inkişafımızın şahidi olsunlar. Müxalifət dağıdılan və viran qoyulan Qarabağın yenidən qurulmasının şahididir. Nəyə etiraz edə bilərlər ki? 

- Son zamanlar tanınmış ziyalılarımız müxtəlif mövzularda qınaq obyektinə çevrilir. Buna münasibətiniz necədir?

- Əvvəlcə sosial şəbəkələrdə böyük aktyorumuz Rasim Balayevə hücum təşkil etdilər, bununla “kifayətlənmədilər”, keçdilər dünya çapında tanınmış yazıçımız Çingiz Abdullayevə. Tənqidə etirazım yoxdur, bu, hər insanın təbii haqqıdır, ancaq təhqirlər və aşağılayıcı ifadələr yolverilməzdir. Yeni tendensiya yaranıb, ziyalının açıqlamasından və müsahibəsindən bir epizodu seçirlər və onu məzhəkəyə qoymağa başlayırlar. Bu qrupların az qala, qəhrəman elan etdikləri və xaricdə sığınacaq tapan karikaturaçı rəssam “Qarabağ kimindir?” sualına “bunu gələcək göstərəcək” cavabını verib. İndi kimdir dövlətini və millətini uca tutan: Sizin “Qarabağ bizim deyil” deyən rəssam “qəhrəmanınız”, yoxsa filmləri ilə xalqın real qəhrəman obrazlarını yaradan Rasim Balayev və əsərləri ilə dünyada tanınan və müharibə günlərində Rusiyanın televiziya kanallarında erməni təbliğatıyla mübarizə aparan Çingiz Abdullayev?

 

13:45 - 6 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin