Məşhur futbolçunun Sumqayıt mikroavtobusu macərası

 Məşhur futbolçunun Sumqayıt mikroavtobusu macərası

Sumqayıtın "Gənclərbirliyi" klubunun sabiq Burkina-Fasolu futbolçusu İssa Nikiema Azərbaycanla bağlı xatirələrini danışıb.

Futbolçu Sumqayıt mikroavtobusları ilə bağlı da bəzi məqamlara toxunub.

"20 Yanvar”a gəlib boş miktoavtobusa əyləşdim. Sumqayıta doğru hərəkət etməsi üçün əlavə 5-6 nəfər də minməliydi.Təxminən 15 dəqiqə gözləsəm də, məndən başqa minən olmadı. Məcbur qalıb əlavə 5-6 nəfərin də ödənişini etdim ki, mikroavtobus yola düşsün.

Razılaşdıq. Bu an bir neçə nəfər maşına minməyə başladı. Sürücü dedi ki, bu oğlan ödənişin hamısını edib deyə, heç kimi götürə bilmərəm. İngiliscə “no problem, come, come” (problem yoxdur, gəlin, gəlin) dedim ki, minsinlər. Yəni ödənişi mən etdiyim üçün sürücü sərnişinlərdən pul almayacaqdı”.

Ən dəhşətlisi isə bundan sonra başlayıb. Yolda eşidirəm ki, bunlar məndən danışır. Biri deyir, gərək pulu çox alardın. O biri deyir, bunlar Afrikadan gəlib azərbaycanlı qızları yoldan çıxarır.

Yanımda oturan başladı ki, bəs, Sumqayıtda camaat acdır, bunun kimiləri pulumuzu Afrikaya daşıyır və sair. Qısası, yolboyu məni üstüörütülü şəkildə söyürdülər (gülür).

Və mən danışılanların 70-80 faizini başa düşürdüm. Amma özümü eşitməməzliyə vururdum ki, davamına qulaq asım. Sonda dözməyib azərbaycanca dedim ki, dostlar, bayaqdan nə danışırsınızsa, hamısını anlayıram. Amma deyəcək sözüm yoxdur. Allah hər şeyi görüb, qiymət verəndir.

Bunu deyən kimi hamı şoka düşdü, içərini sükut bürüdü. Hamıdan çox sürücü pərt olmuşdu.

00:59 - 11 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin