Barmağını kəsib polisə "qohumlarım kəsdi" deyib - XIZADA ŞOK HADİSƏ - FOTO

 Barmağını kəsib polisə

Polisə yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şəki rayon sakini S.Məşədiyev Xızı rayonunda olarkən qohumlarının ona xəsarət yetirdiyi barədə məlumat verib. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin qohumları ilə münaqişə zəminində onlardan qisas almaq məqsədi ilə özünə xəsarət yetirdiyi müəyyən edilib.

S.Məşədiyev saxlanılıb. Məlumata görə, Süleyman Məşədiyev öz barmağını kəsərək, polisə yalan məlumat verib. O, barmağının qayınları tərəfindən kəsildiyini iddia edib. Faktla bağlı araşdırma aparılır. 

18:28 - 10 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin