Ramiz Mehdiyev villasını satır – FOTO

 Ramiz Mehdiyev villasını satır – FOTO

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev sahibi olduğu deyilən villalardan birini satışa çıxarıb.

Bu barədə Göyçaydakı mənbələrdən xəbər daxil olub.

Ramiz Mehdiyevin satmaq istədiyi mülk Göyçay rayonunun Hüngütlü kəndində yerləşir.

Mənbənin dediyinə görə, əslində villa iki il öncə satışa çıxarılmışdı. Həmin vaxt ona 2 milyon 300 min manat qiymət qoyulmuşdu. Amma o zaman heç kim o pulu vermək istəməmişdi. İndi isə həmin villa 1 milyon 800 min manata təklif edilir.


19:57 - 30 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin