FHN: Sumqayıtda yanğın söndürülüb

 FHN: Sumqayıtda yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.

FHN-dən verilən xəbərə görə, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

10:56 - 29 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin