Azarkeşlərlə dalaşan klub prezidentinə cinayət işi açıldı

 Azarkeşlərlə dalaşan klub prezidentinə cinayət işi açıldı

Aprelin 24-də AFFA-ya məxsus olan və Binə qəsəbəsində yerləşən stadionda baş vermiş insidentlə bağlı cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin gün orada keçirilən “Cəbrayıl” – “Energetik” (Mingəçevir) oyunundan sonra qonaq komandanın prezidenti, 1986-cı il təvəllüdlü Ruslan Həmidovun hərəkətləri ilə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılıb. Belə ki, R.Həmidovun komandası ümumi nəticədə uduzduqdan sonra o, yerli azarkeşlərlə dalaşıb, daha sonra isə stadionun hamamındakı şüşəni sındırıb. Klub prezidenti şüşəni sındırarkən özü də xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oyun Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilib. 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər. Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb

14:55 - 27 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin