Köhnə "Ferrari" yarış avtomobilinin yanmış hissələri ABŞ-da keçirilən hərracda təxminən 2 milyon dollara satılıb.
Asayis.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, avtomobil 1960-cı illərdə bir yarış zamanı yanıb və illər ərzində toxunulmaz olaraq qalıb.
Avtomobilin gövdə hissəsini dizayner Pinin Farinanın hazırladığı bildirilir.
Qeyd edək ki, avtomobil ABŞ kolleksiyaçısı tərəfindən alınıb və yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi planlaşdırılır.