Simvol azlığı ilə fərqlənən avtomobil nömrə nişanları adətən çox bahalı olurlar. Məsələn, bu yaxınlarda Dubayda keçirilən xeyriyyə hərracı zamanı bir nömrə nişanı çox böyük məbləğə satılıb. Bu məbləq o qədər böyükdür ki, artıq bu nişan dünyadakı ən bahalı nömrə nişanlarının siyahısına daxil edilib.
“AA 8” simvolları olan avtomobil nömrə nişanı “Ən nəcib nömrələr” xeyriyyə hərracında kifayət qədər iri məbləğə - 35 milyon dirhəmə və ya 9.5 milyon dollara satılıb. Bununla belə, “AA 8” adı çəkilən hərracda satılan yeganə üçrəqəmli nömrə nişanı olmayıb: “F 55”, “V 66” və “Y 66” nömrə nişanları da hər biri bir milyon dollara satılıb.
Unikal avtomobil nömrə nişanları ilə yanaşı, hərracda 10 xüsusi mobil nömrəsi də satışa çıxarılıb. Ən yüksək qiymətə satılmış 549 999 999 mobil nömrə alıcısına 1,36 milyon dollara başa gəlib.
“Ən nəcib nömrələr” xeyriyyə hərracı Mohammed bin Rashid Al Maktoum Global Inıtiatives (MBRGI) tərəfindən təşkil edilib. İki saatdan az müddətdə hərracda 14,4 milyon dollar vəsait toplanıb. Bütün gəlirlər One Billon Meals (“Bir milyon yemək”) kampaniyasına yönəldiləcəklər. Xeyriyyə kampaniyası ərzağa ehtiyacı olanları təmin etmək məqsədini daşıyır. Bu kampaniya 50 ölkəni əhatə edəcəkdir.
Artıq qeyd edildiyi kimi, 9,5 milyon dollarlıq “AA 8” avtomobil nömrə nişanı hazırda dünyanın ən bahalı nömrələrindən biridir. Bu siyahıya 24,5 milyon dollara satılmış Kaliforniya ştatının “MM” avtomobil nömrə nişanı başçılıq edir. Nömrə nişan qarşılıqlı əvəz edilməyən tokenə (NFT) malikdir. Satıcı bu ultrabahalı nömrənin alıcısının "eksklüziv, nadir və bənzərsiz əşyalara qiymət verən insan olduğunu” bildirib. Kaliforniyanın “MM” nömrə nişanı bu günə qədər hələ də satışdadır.
Bu arada, 2018-ci ildə İngiltərədə “F1” nömrə nişanı heyrətamiz 20 milyon dollara satışa çıxarılmışdı.