Azərbaycanda klip çəkmək üçün BMW-ni göldə batırdılar - FOTO

 Azərbaycanda klip çəkmək üçün BMW-ni göldə batırdılar - FOTO

Azərbaycanda qeyri-adi klip çəkilib.

Bu dəfə klip çəkilişi prosesi avtomobil qəzasından seçilməyib. Hətta bu proses şahidlərdə fərqli təəssürat da yaradıb. Yoldan keçənlər əvvəlcə burada ölümlə nəticələnən qəza olduğunu da düşünüblər.

Hadisə aprelin 24-ü axşam saatlarında İsmayıllı rayonu, Təzəkənd kəndində qeydə alınıb. Yoldan keçənlər BMW markalı avtomobilin göldə batdığını görüblər. Avtomobillərini saxlayıb hadisə yerinə yaxınlaşanda isə məlum olub ki, baş verənlər heç də göründüyü kimi deyilmiş. Sən demə, burada gənc qız klip çəkdirirmiş. Bu səbəbdən də həmin avtomobili göldə batırıblar.


17:07 - 25 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin