Yüklər, onların xarakterik cəhətləri və daşıma qaydaları - Ekspertdən izah 

 Yüklər, onların xarakterik cəhətləri və daşıma qaydaları - Ekspertdən izah 

İqtisadiyyatın ən cavib sahələrindən biri də yükdaşımalardır.

Bu sektor strateji, eyni zamanda dayanaqlı inkişaf üçün çox önəmlidir. Nəqliyyat üzrə ekspert Aslan Əsədov yükdaşımlarla bağlı qaydaları izah edir.

Dünya bazarlarına daşınan yükləri əsas olaraq quruplara bölünür.Təhlükəli yüklər.Quru yüklər. Hərbi təyinatlı yüklər.Qida əsaslı yüklər. Daşınmalara baxdıqda bunlarında bir neçə daşınma növləri vardı.Dəmir yolu ilə daşınan yüklər,Hava yolu ilə daşınan yüklər.Çay,dəniz su yolu ilə daşınan yüklər.Avtomobillərlə daşınan yüklər. Avtomobillərlə daşınan yüklər digər növlərdən optimallığı və qapıdan qapıya daşınma prinsipinə görə üstünlük daşıyır.Amma ağır yük daşımaları - Texniki olaraq normal yük maşınları və ya TIR-lar vasitəsi ilə ölkə daxilinə və ya xaricə daşına bilməyən böyük ölçü və ağır çəkili yüklərin daşınması prosesinə verilən addır.

Bunu peşəkar komanda ilə etmək çox vacibdir, çünki bu nəqliyyat növü üçün mühəndislik bilikləri tələb olunur. Yükün qısa müddətdə və təhlükəsiz şəkildə daşınması prosesi yalnız bu sahədə mütəxəssislər tərəfindən həyata keçirilə bilər. Lowbed adı bu nəqliyyat növü üçün xüsusi olaraq istehsal olunan yarımqoşqulardan gəlir. Uzunluğuna görə xalq arasında ona “yol qatarı” da deyirlər. Ağır yüklərin daşınmasında daşınan yüklərin çəkisi yolda 150 tonla məhdudlaşdırılır. Avtomobil yolu ilə daşınması mümkün olmayan yüklər üçün dəniz yolu istifadə olunur. Ağır yüklərin daşınması üçün xüsusi hazırlanmış gəmilər mövcuddur. Ağır yük daşımalarında nələr daşınır?

Ölçüdən kənar yük daşımaları Təkərli və normal kranlar Kran təchizatı Elektrik stansiyaları Gəmi mühərrikləri Zavod daşımaları İnşaat və tikinti maşınları Qayıqlar və yelkənli qayıqlar Külək turbinləri Generator daşımaları Polad qəfəs konstruksiyaları Körpü tirləri Yola çıxmazdan əvvəl yükü təhlil etmək lazımdır. Təhlildən sonra yükün daşınma şəraiti müəyyən edilir. Daha sonra yük tikinti maşınları vasitəsilə yüklənir. Təhlil nəticəsində yükün çatmalı olduğu yerə uyğun olaraq müəyyən edilən marşrut istiqamətində daşıma prosesi başlayır. Səfərdə komandanın peşəkarlığı da önəmlidir. Onlar beynəlxalq yol qaydalarını bilməli və əməliyyatları buna uyğun formalaşdırmalıdırlar. Bundan əlavə, nəqliyyat vasitəsinin gömrükdə ilişib qalmaması və sığortalı olması logistika şirkətinin peşəkarlığından xəbər verir.

17:32 - 10 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin