Mühafizəçilərdən qaçıb özünü öldürdü, Bakıda qandonduran intihar

 Mühafizəçilərdən qaçıb özünü öldürdü, Bakıda qandonduran intihar

Bu gün səhər saatlarında N.Nərimanov rayonunda intihar hadisəsi baş verib.

39 yaşlı Xalid İsmayılov saat 05:20 radələrində Sabit Rəhman küçəsində yerləşən supermarketin qarşısında bıçaqla özünə çoxsaylı xəsarətlər yetirərək intihar edib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, X.İsmayılov həmin küçədəki supermarketin qarşısına yığılmış və ərzaq məhsulları üçün nəzərdə tutulmuş yeşikləri oğurlamaq istəyib. Bu zaman supermarketin mühafizəçiləri onu görüblər və yaxalamağa çalışıblar. Mühafizəçilər tərəfindən tutulacağını görən şəxs üzərindəki bıçağı çıxararaq özünə xəsarətlər yetirib. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırmalar aparılır.

13:59 - 25 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin