Kürdəmirdə ağır qəza, ər-arvad öldü

 Kürdəmirdə ağır qəza, ər-arvad öldü

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.

Hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Həmin şəxslər Bakı şəhər sakinləri 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızıdır.

15:59 - 23 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin