Qubadlıda bir nəfər MİNAYA DÜŞDÜ

 Qubadlıda bir nəfər MİNAYA DÜŞDÜ

Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qubadlı rayon prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

23:38 - 22 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin