Bakıda piyada zolağı problemi böyüyür - VİDEO

 Bakıda piyada zolağı problemi böyüyür - VİDEO

Paytaxtın Bakıxanov qəsəbəsində bir yol var ki, piyadaları təngə gətirib.

Asayis.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər paytaxtın Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsindəndir. Yaxınlıqda çoxsaylı yaşayış binalarının, məktəbin və böyük ticarət mərkəzinin olmasına baxmayaraq piyadaların rahat hərəkəti üçün lazımi infrastruktur yoxdur.

Sakinlərin sözlərinə görə, ərazidə avtobus dayanacağı var. Amma piyada zolağının olmaması insaların yolun digər hissəsinə keçidini çətinləşdirir.

Sürücülər də bu yolda hər gün təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər.

"Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik."

Qurumdan bildirildi ki, qeyd olunan əraziyə baxış keçiriləcək. Piyadaların təhlüksizliyinin təmin edilməsi istiqamətində işlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

 

13:17 - 15 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin