Bakıda metronun qarşısında qətl baş verib.
Hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrostansiyasının qarşısında baş verib.
Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətl yetirib.
O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.