Narkotikə görə 1732 nəfər məsuliyyətə cəlb edilib

 Narkotikə görə 1732 nəfər məsuliyyətə cəlb edilib

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1732 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumat”da əksini tapıb.

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18 526 nəfər istiqamətləndirilib.

Qeyd edilib ki, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

13:14 - 19 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin