İnsanları çaşdıran bu işıqfora görə kim məsuldur? - VİDEO

 İnsanları çaşdıran bu işıqfora görə kim məsuldur? - VİDEO

“Əhmədli” metrostansiyasının yaxınlığıda quraşdırılmış piyada keçidini tənzimləyən işıqforun düzgün işləməməsi hərəkət iştirakçılarının narazılığına səbəb olur.

Asayis.Az xəbər verir ki, problemlə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib, vəziyyətin təhlükəli hal yaratdığı bildirilib. Məsələ ondan ibarətdir ki, işıqfor eyni vaxtda həm avtomobillər, həm piyadalar üçün yaşıl işıq göstərir. Belə olan halda isə sürücü də, piyada da çaşdırıcı vəziyyətə düşür. Sözügedən problem bir neçə ay əvvəl azyaşlı piyadanın ölümünə səbəb olub.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırovun sözlərinə görə, həmin ərazidəki piyada keçidini tənzimləyən işıqfor NİİM tərəfindən quraşdırılmayıb: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyinə veriləndə, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində işıqforların quraşdırılması ilə bağlı icrası tamamlanmış layihələrin nazirliyə təhvil-təslimi olub. Ancaq icrası hazırda davam edən layihələrin təhvil-təslim prosesi yekunlaşmayıb.”

Maraqlıdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sözügedən işıqfor onların balansında deyil, 1 il əvvəl prosedura uyğun olaraq NİİM-ə təhvil verilib.

 

 

“Qafqazinfo”

17:37 - 3 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin