Bakıda məşhur geyim mağazasından oğurluq edilib

 Bakıda məşhur geyim mağazasından oğurluq edilib

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Z.Əliyeva küçəsindəki magazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.


Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə  980 manat pullarını alması da müəyyən edilib.

11:17 - 16 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin