"Prius" qəza etdi, sürücü öldü, sərnişin ağır yaralandı

Bakıda ağır yol qəzası baş verib.

Ziya Bünyadov prospektində Şahin İsayev idarə etdiyi “Toyota” markalı avtomobildə sükana nəzarəti itirib. Avtomobil idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb.

Qəza nəticəsində sürücü Ş.İsayev hadisə yerində ölüb.

Sərnişin, 1992-ci il təvəllüdlü Bayramov Mahir Əliqulu oğlu isə ağır bədən xəsarətləri alaraq 3 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


14:08 - 14 Aprel 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin