İstehsal ili 4 ildən artıq olan avtomobillər üçün əlavə rüsum ödəniləcək.
Asayis.Az Xəzər TV-yə istinadən bildirir ki, bu, utilizasiya fondunun yaradılması ilə bağlı qaydalarda öz əksini tapıb.
Qaydalara əsasən, gələn il fevralın 1-dən etibarən utilizasiya fondunun yaradılmasına və ödənişlərin yığılmasına, sentyabrın 1-dən isə utilizasiya prosesinin həyata keçirilməsinə başlanılacaq. Yaşı 4 ildən artıq olan nəqliyyat vasitələri ölkəyə gətirildikdə gömrük rəsmiləşdirilməsi zamanı müəyyən məbləğdə utilizasiya haqqı alınacaq.
Ölkədə olan avtomobillərin sahibləri isə bu məbləği texniki baxış zamanı ödəməli olacaqlar. Ödənişin məbləği isə hələ müəyyən edilməyib.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, avtomobilini utilizasiyaya verən şəxslərə təsdiqedici sənəd təqdim olunacaq.
Güzəşt üçün nəzərdə tutulan təsdiqedici sənəd 3 il qüvvədə olacaq.Utilizasiya tam könüllü olacaq, heç bir məcburiyyət yoxdur.
Proses könüllü olduğu üçün avtomobilini utilizasiyaya verməyən şəxslər barəsində hər hansı cərimə nəzərdə tutulmur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.